Riyaziyyatçı alimin elmi məqaləsi yüksək impakt faktorlu jurnalda yer alıb

Riyaziyyatçı alimin elmi məqaləsi yüksək impakt faktorlu jurnalda yer alıb Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun optimal idarəetmə şöbəsinin kiçik elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Nicat Əliyevin “Genişmiqyaslı dissipativ hamiltoniya sistemləri üçün sabitlik radiuslarının təqribi hesablanması” adlı məqaləsi “Springer” nəşriyyatının nüfuzlu “Advances in Computational Mathematics” elmi jurnalında çap olunub.
Məqalədə yüksək tərtibli hamiltoniya sistemləri üçün bəzi stabillik radiuslarını yüksək sürətlə hesablayan alqoritm təqdim edilib. Həmçinin alqoritmin super-xətti sürətlə məsələnin həllinə yaxınlaşdığı isbat olunub.
“Advances in Computational Mathematics” jurnalı “Web of Science” və “Scopus” bazalarında indeksləşir və impakt faktoru 1.638-dir.

Tehsil-press.az

Oxşar xəbərlər