
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər martın 18-i saat 18:00-dək DİM-in internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Bu gün saat 18:10-dək olan məlumata görə, müsahibədə iştirak etmək üçün 221 namizəd qeydiyyatdan keçib.
Qeyd edək ki, ümumi müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi (19 vəzifə) və İqtisadiyyat Nazirliyi (19 vəzifə) tərəfindən təqdim olunub. Ümumilikdə müsahibəyə 91 vakant vəzifə çıxarılıb.
Tehsil-press.az