İsveçdə ən hündür taxta bina tikilib

İsveçdə ən hündür taxta bina tikilib “CF Möller Architects” memarlıq şirkəti İsveçin Vasteras şəhərində bu yaxınlarda tikilmiş “Kajstaden Tall Timber” binasının fotolarını dərc edib. Bu, ölkənin ən hündür taxta binasıdır.
8,5 mərtəbəli çox ailəli yaşayış binası, mexaniki vintlərlə bərkidilmiş yaşıl CLT panellərindən tikilmiş konstruksiyaya malikdir. Bu isə öz növbəsində onların asanlıqla sökülməsinə və yenidən istifadəsinə imkan verir.
Hündür taxta binanın hər mərtəbəsində 1 otaqdan 5 otaqlıya kimi 4 mənzil var. Bütün qonaq otaqları limana baxdığından təbii işıq və pəncərədən gözəl mənzərə əldə edilir.

Tehsil-press.az


Oxşar xəbərlər