İradə Əliyeva 1967-ci ildə anadan olub. 1975-1985-ci illərdə Bakı şəhəri 83 nömrəli məktəbdə, 1985-1991-ci illərdə isə BDU-nun Biologiya fakültəsində təhsil alıb. 2004-2008-ci illərdə BDU-nun Botanika kafedrasının dissertantı olub və “Abşeronun neftlə çirklənmiş torpaqlarının mikobiotası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, biologiya elmləri namizədi elmi dərəcəsini alıb.
1994-cü ildən BDU-nun Biofizika və biokimya kafedrasının böyük laborantı vəzifəsində çalışıb.
İradə Əliyevanın tədqiqat sahəsi mikologiya, neftlə çirklənmiş Abşeron torpaqlarının mikobiotasının tədqiqi olub.
Tehsil-press.az