Koronavirusun yayılmasının səngidiyi dövrdə 3-cü və 4-cü doza peyvəndlərin vurulmasının əsl vaxtıdır

Koronavirusun yayılmasının səngidiyi dövrdə 3-cü və 4-cü doza peyvəndlərin vurulmasının əsl vaxtıdır Koronavirusun yayılmasının səngidiyi dövrdə 3-cü və 4-cü doza peyvəndlərin vurulmasının əsl vaxtıdır.
Bu fikri İranın Şəhid Behişti adına Tibb Elmləri Universitetinin Virusologiya Mərkəzinin rəhbəri Əlirza Nacini deyib. O bildirib ki, gələcəkdə koronavirusun yeni ştamının yaranmayacağını heç kim deyə bilməz. Koronavirusun meydana çıxaraq qısa zamanda bütün dünyanı ağuşuna alması onu deməyə əsas verir ki, gələcəkdə yeni növ virusların meydana çıxıb yayılacağı ehtimalı qüvvədə qalır. İnsanların bundan sığortalanmasının yeganə yolu 3-cü və 4-cü doza peyvəndləri vurdurmaqdan ibarətdir. Virusun yayılmasının səngidiyi vaxtdan səmərəli istifadə etmək lazımdır.
İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən isə son 24 saat ərzində ölkə ərazisində 1895 nəfərin virusa yoluxması, 29 nəfərin isə yoluxaraq ölməsi faktı qeydə alınıb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 7 milyon 206 min 959 nəfərə, yoluxaraq ölənlərin ümumi sayı isə 140 min 829-a çatıb.
Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicəsini davam etdirən 1361 nəfər COVID-19 xəstəsinin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, pandemiya dövründə müalicə olunan 6 milyon 945 min 844 nəfər sağalaraq evə buraxılıb.
İranda əhaliyə buster doza peyvəndin vurulması prosesi davam edir. Bu günə kimi 27 milyona yaxın insana 3-cü doza peyvənd vurulub.

Tehsil-press.az

Oxşar xəbərlər