
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.
K.Cahanpurun sözlərinə görə, İranda indiyədək 109 286 nəfərin bu virusa yoluxması öz təsdiqini tapıb. Virus daşıyıcılarından 2 783 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi əlavə edib ki, ötən 24 saat ərzində daha 45 nəfərin ölməsi ilə İranda koronavirusdan ölənlərin sayı 6 685 nəfərə yüksəlib. İndiyədək 87 422 nəfər koronavirusdan sağalıb.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 601 mindən çox test həyata keçirilib.
Tehsil-press.az