Bakı Dövlət Universitetinin doktoranturasına qəbul imtahanlarında 289 nəfər iştirak edəcək

Bakı Dövlət Universitetinin doktoranturasına qəbul imtahanlarında 289 nəfər iştirak edəcək Bakı Dövlət Universitetində (BDU) fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə 2022-ci il üçün doktoranturaya qəbul imtahanlarına 289 nəfər qatılacaq.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarında 264 namizəd iştirak edəcək. Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın əyani bölməsinə 68, qiyabi bölməsinə 190, dissertanturaya 6 nəfər sənəd verib.
Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarında isə 25 nəfər iştirak edəcək. Doktoranturanın qiyabi bölməsinə 17 nəfər, dissertanturaya 8 nəfər sənəd verib.
Dövlət İmtahan Mərkəzinin xarici dil üzrə qəbul imtahanında məqbul qiymət alan namizədlər BDU-da keçiriləcək fəlsəfə və ixtisas fənləri üzrə imtahanlarda iştirak edəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər