
İmtahanda beynəlxalq münasibətlər, siyasi nəzəriyyə, dünya ədəbiyyatı və ümumi iqtisadiyyat ixtisaslarının hər biri üzrə 1 iddiaçı iştirak edib.
Namizədlər ixtisas imtahanlarını müvəffəqiyyətlə veriblər.
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya təhkim olmaq üçün müraciət edən namizədlər isə ümumi iqtisadiyyat, təhsilin təşkili və planlaşdırılması və biokimya ixtisasları üzrə yaradılmış komissiya tərəfindən aparılan müsahibədə iştirak ediblər. Müsahibədə iştirak edən hər 3 namizədin dissertanturaya təhkim olunmasına qərar verilib.
Tehsil-press.az