Tanınmış hakim qəfil vəfat etdi

Tanınmış hakim qəfil vəfat etdi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Vera Gennadiyevna Kuimova vəfat edib.

1962-ci il təvəllüdlü hakim qəfil ürək çatışmalığı nəticəsində yaşadığı mənzildə dünyasını dəyişib.

Qeyd edək ki, Vera Gennadiyevna Kuimova 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1979-1982-ci illərdə Naxçıvan Muxtar Respublikası "Sovetskaya Naxçıvan" qəzetində müxtəlif vəzifələrdə çalışıb. 1988-2000-ci illərdə vəkil işləyib.

O, 2000-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

07 mart 2008-ci il tarixdə Naxçıvan MR Ali Məclisi sədrinin fərmanı ilə "Əməkdar hüquqşünas" fəxri adı, Azərbaycan Respublikası Prezidentinin 01 mart 2016-cı il tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Tehsil-press.az

Oxşar xəbərlər