BDU-nun “Psixologiya klubu”nun fəal iştirakçıları mükafatlandırılıb

BDU-nun “Psixologiya klubu”nun fəal iştirakçıları mükafatlandırılıb Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun “Psixologiya klubu”nun ilk buraxılışı olub.
“Psixologiya klubu”nda iştirakçılara iki ay ərzində “Davranışın bioloji təməlləri: müayinə üsullarından seçmələr”, “İnsan inkişafı, sosial davranış, şəxsiyyət”, “Bədən dili və psixi pozuntular” mövzularında seminar və mühazirələr keçirilib. Klub üzvləri müxtəlif psixoloji tədqiqatlarla yaxından tanış olublar.
Layihənin sonunda klubun iştirakçıları üçün test imtahanı keçirilib.
Klubun imtahanda yüksək nəticə göstərən fəal iştirakçılarına sertifikat verilib.
“Psixologiya klubu” növbəti dərs ilində yenidən fəaliyyətini davam etdirəcək.

Tehsil-press.az


Oxşar xəbərlər