BDU tələbələri üçün “Gənc jurnalistlər” klubu yaradılıb

BDU tələbələri üçün “Gənc jurnalistlər” klubu yaradılıb Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin birgə “Gənc jurnalistlər” Klubunun təsis yığıncağı keçirilib.
Bilik Fondunda keçirilən tədbirdə Fondun əməkdaşları, fakültənin dekanı və Klub üzvləri iştirak ediblər.
“Gənc jurnalistlər” Klubunun təsis iclasında çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov maarifçilik sahəsində görülən işlərdən, Fondun nəzdində fəaliyyət göstərən digər Klubların işindən danışıb. İcraçı direktor klubun fəaliyyətini özündə əks etdirən Əsasnamə ilə iştirakçıları tanış edib. Bu məsələ ilə bağlı fikir mübadiləsi aparılıb və tələbələrin təklifləri qeydə alınıb. Eyni zamanda klubun strukturu, iş planı, görüləcək tədbirlərin forma və məzmunu, eləcə də tərkibi müzakirə edilib.
Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, “Gənc jurnalistlər” Klubunun təsis edilməsi fakültə tələbələri üçün yeni imkanlar açacaq. Onun sözlərinə görə, gənclərin bilik və bacarıqlarının artırılması, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və təbliği, yüksək peşəkarlığa və geniş dünyagörüşünə malik jurnalist kadrlarının hazırlanması, jurnalistika sahəsində elmi tədqiqatların aparılması, yaradıcılıq müsabiqələrinin, tələbələrin tanınmış jurnalistlər, ictimai xadimlər və yazarlarla görüşlərinin təşkili, bütün sahələrdə medianın maarifləndirmə funksiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi klubun əsas fəaliyyət istiqamətləridir.
Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova “Gənc jurnalistlər” Klubunun fəaliyyət planı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O vurğulayıb ki, Bilik Fondu ölkə ərazisində bütün sahələrdə geniş maarifləndirmə işləri həyata keçirir. Fondun mətbuat katibi Ceyhun Musaoğlu və aparıcı məsləhətçi Ramilə Qurbanlı çıxış edərək yeni yaradılan “Gənc jurnalistlər” Klubunun Fondun maarifçilik missiyasına öz töhfəsini verməklə yanaşı, gənclərin Klubda fəaliyyətinin Azərbaycan jurnalistikasının inkişafına təkan verəcəyinə əmin olduqlarını bildiriblər.

BDU-nun Mətbuat xidməti


BDU tələbələri üçün “Gənc jurnalistlər” klubu yaradılıbBDU tələbələri üçün “Gənc jurnalistlər” klubu yaradılıbBDU tələbələri üçün “Gənc jurnalistlər” klubu yaradılıbBDU tələbələri üçün “Gənc jurnalistlər” klubu yaradılıb

Oxşar xəbərlər