BDU-da "Türk sivilizasiyasının dünya mədəniyyətinə verdiyi töhfələr" mövzusunda seminar keçirilib

BDU-da Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Bəhmənyar klubu”nun təşkilatçılığı ilə “Türk sivilizasiyasının dünya mədəniyyətinə verdiyi töhfələr” mövzusunda seminar keçirilib.
Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova seminarın məqsəd və mahiyyəti barədəətraflı məlumat verib. O, belə seminarların həm görkəmli alimlərlə tələbələri yaxından tanış etmək, həmçinin fakültələr arası əlaqələrin inkişafında əhəmiyyətindən bəhs edib.
Seminarda tanınmış türkoloq alim, Türkologiya kafedrasının müdiri, professor Ramiz Əsgər, Coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı, Türk xalqları tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova, Sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov, Gender və tətbiqi psixologiya kafedrasının müdiri, professor Rəna İbrahimbəyova, professor Qızılgül Abbasova, professor Əziz Məmmədov çıxış ediblər.
Çıxışçılar türk xalqlarının tarixi inkişafı, türk dünyasının yerləşdiyi coğrafi ərazinin əhəmiyyəti, türklərin sahib olduğu milli dövlətçilik ənənəsi, tarixdə mövcud olmuş türk dövlətləri, onlarınümumbəşəri mədəniyyətə gətirdiyi yeniliklər, türk alimlərinin elmə verdiyi böyük töhfələr, türk dilli xalqların hazırki şəraitdə yaxınlaşma imkanları və ortaq türk dilinin yaradılması zərurəti, türk xalqlarının tarixində etnopsixoloji amillərin rolu kimi məsələlərdən bəhs ediblər.
Sonda seminar iştirakçılarına “Bəhmənyar klubu”nun yaradılması və fəaliyyətini əks etdirən bukletlər təqdim edilib.

BDU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər