Şəmkir Rayon Ağsaqqallar Şurasının müraciətində sakinlərə yas və dəfn mərasimlərində sadəliyin qorunması tapşırılıb.
Məlumata görə, dəfn günü hüzür yerində masaya əza dəftəri qoyulmalı, qonaqlara halva, limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək və yuxa təqdim edilməlidir.
Həmçinin 7 mərasimi ilə 3 mərasimi birləşdirilməli, mərhumun yalnız 3-ü keçirilməlidir. Həmin gün də limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək və yuxa verilməsi tövsiyə olunur. Eyni zamanda, adna mərasimlərinin (cümə axşamları) ləğv olunması istənilir.
Qaydalara əsasən, vəfat edən şəxsin 40 mərasimində isə limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək, yuxa və plov süfrəyə verilməlidir.
Qeyd olunub ki, dəfndən sonrakı 2-ci gün və 40 mərasimindən bir gün əvvəl yalnız çay süfrəsi təşkil edilməlidir.
Şəmkir Rayon Ağsaqqallar Şurası sakinləri bu tövsiyələrə əməl etməyə çağırıb.
Tehsil-press.az





.jpg)




