Nazir Brilyant Dadaşovanın ərini vəzifəsindən azad etdi

Nazir Brilyant Dadaşovanın ərini vəzifəsindən azad etdi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub.

Bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Nazirin digər əmri ilə əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib.

Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi.

Xatırladaq ki, Ədalət Hacıyev xalq artisti Brilyant Dadaşovanın həyat yoldaşıdır və onların bir övladı var.

Tehsil-press.az

Oxşar xəbərlər