Növbəti “GRE General Test” imtahanı keçirilib

Növbəti “GRE General Test” imtahanı keçirilib Dövlət İmtahan Mərkəzində (DİM) “GRE General Test” imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.
İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər. Növbəti “GRE General Test” imtahanının avqustun 30-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Tehsil-press.az




Oxşar xəbərlər