Məqsəd əhali arasında sağlam həyat tərzinin təbliği, tibbi savadlılığın artırılması, sağlamlıqla bağlı məlumatların doğru mənbələrdən alınmasını təmin etməkdir.
Əməkdaşlıq çərçivəsində birgə media layihələrinin həyata keçirilməsi, tibbi maarifləndirmə proqramlarının hazırlanması və bu məlumatların geniş auditoriyaya çatdırılması nəzərdə tutulur.
Bununla da həm tamaşaçılar, həm də dinləyicilər Baku Medical Plaza klinikalar şəbəkəsində təqdim olunan müasir standartlara uyğun tibbi xidmətlər, ən son yeniliklər və kampaniyalar barədə mütəmadi məlumatlar əldə edə biləcəklər.
Son dövrlərdə sosial şəbəkələrdə elmi əsaslara söykənməyən, qeyri-peşəkar və bəzən təhlükəli “müalicə üsulları”nın yayılması cəmiyyət üçün ciddi risk yaradır. Bu kimi məlumatlar insanların yanlış qərarlar verməsinə, özbaşına müalicə aparmasına və nəticədə sağlamlıqlarına zərər vurmasına səbəb olur. Məhz bu çağırışları nəzərə alaraq, Baku Medical Plaza klinikalar şəbəkəsi etibarlı və peşəkar tibbi biliklərin geniş auditoriyaya çatdırılmasını prioritet istiqamət kimi müəyyənləşdirib.
Bu çərçivədə klinika tərəfindən televiziya və radio kanalları vasitəsilə mütəmadi çıxışlar təşkil ediləcək, ixtisaslı həkimlərin iştirakı ilə maarifləndirici proqramlar, ekspert şərhləri və real tibbi izahlar təqdim olunacaq. Məqsəd yalnız xəstəliklərin müalicəsi haqqında məlumat vermək deyil, eyni zamanda onların qarşısının alınması, düzgün diaqnostika və vaxtında həkimə müraciətin vacibliyi barədə cəmiyyətin məlumatlılığını artırmaqdır.
Qeyd edək ki, 2011-ci ildən təsis edilən Baku Medical Plaza klinikalar şəbəkəsi ölkənin nüfuzlu səhiyyə ocaqlarından biridir. On beş ildir ki, 24/7 rejimində fəaliyyət göstərən tibb müəssisəsi müasir tibbi xidmətləri və peşəkar həkim heyəti ilə əhalinin sağlamlığının qorunması istiqamətində fasiləsiz və keyfiyyətli xidmət göstərməyə davam edir.
Tehsil-press.az





