Bağdadda iğtişaşlarda 10 nəfər öldü

Bağdadda iğtişaşlarda 10 nəfər öldü Bağdaddakı Respublika Sarayında İraqın nüfuzlu şiə xadimi Müqtəda əs-Sədrinin tərəfdarları ilə hüquq-mühafizə qüvvələri arasında toqquşmalar başlayıb.
Müqtəda əs-Sədr siyasətdən getdiyini elan etdikdən sonra onun yüzlərlə tərəfdarı Bağdadın “yaşıl zona”sına soxulub. Etirazçılar həmçinin İraq hökumətinin qərargahı olan Respublika Sarayına daxil olublar.
İyulun sonundan etibarən Bağdadda Müqtəda əs-Sədr tərəfdarlarının etirazları yenidən başlayıb. Avqustda isə əs-Sədr ölkənin məhkəmə sistemini parlamenti buraxmağa, ölkə prezidentini isə qanunverici orqana erkən seçkilərin tarixini təyin etməyə çağırıb. Lakin İraqın Ali Məhkəmə Şurası bu təklifdən imtina edib.
Xatırladaq ki, İraqda nümayişlər əs-Sədr və onun tərəfdarları istisna olmaqla, parlamentdə əsas şiə partiyalarını təmsil edən “Koordinasiya Platforması” blokundan Məhəmməd əl-Sudaninin Baş nazir postuna namizədliyinin irəli sürülməsindən sonra başlayıb.
***
Bağdadın nüfuzlu şiə siyasətçisi Müqtəda əs-Sədrin tərəfdarlarının etiraz aksiyası keçirdikləri “yaşıl zona”da atışma nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb. Etirazçılara kimin atəş açdığı məlum deyil.
***
İraqın paytaxtında baş verən iğtişaşlarla əlaqədar bütün ölkə ərazisində komendant saatı tətbiq edilib.
***
Bağdadda hökumət sarayına hücum edən etirazçılar hovuza girərək sərinləməyə çalışıblar. Təhlükəsizlik qüvvələri etirazçılara atəş açaraq onları oradan uzaqlaşdırıblar.
***
"Əl-Cəzirə" kanalının məlumatına görə, Bağdadda iğtişaşlar zamanı 10 nəfər ölüb, 200 nəfər yaralanıb. Yaralılar arasında İraqın hüquq-mühafizə orqanlarının əməkdaşları da var.
***
İraq hökuməti avqustun 30-unda çətin təhlükəsizlik vəziyyəti ilə əlaqədar ölkə ərazisində qeyri-iş günü elan edib.

Tehsil-press.az


Oxşar xəbərlər