Putinə sui-qəsd təşkil olunub? - Peskovdan açıqlama
İngiltərənin “The Sun” nəşri Rusiya Prezidenti Vladimir Putinin avtomobilinə bombalı hücumun təşkil edildiyini iddia edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinə sui-qəsd cəhdi ilə bağlı yayılan məlumatları təkzib edib. Putinin sözçüsü bu məlumatın hər hansı əsası olub-olmaması ilə bağlı suala ,“Xeyr, əsası yoxdur” cavabını verib.