ADU-da şəhid Teymur Osmanlının xatirəsi anılıb

ADU-da şəhid Teymur Osmanlının xatirəsi anılıb Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin məzunu şəhid Teymur Osmanlının xatirəsi onun adını daşıyan auditoriyada yad edilib.
Tədbiri giriş sözü ilə rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev açıb. Tərcümə fakültəsinin dekanı dosent Bənövşə Məmmədova şəhid Teymur Osmanlının ailəsindən, tələbəlik illərindəki fəaliyyətindən, vətənpərvər ruhlu nümunəvi tələbə olmasından danışıb. O qeyd edib ki, şəhidin adını daşıyan auditoriyanın divarlarından asılan postlar şəhidin şəxsi sosial şəbəkədə paylaşdığı postlardır.
Beynəlxalq jurnalistika şöbəsinin müdiri baş müəllim Nərgiz Çərkəzqızı şəhid qardaşının vətənpərvərliyindən, könüllü olaraq Qarabağa döyüşməyə getməsindən bəhs edib, tələbələrə layiqli, vətənpərvər gənclər olmağı arzulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər