
Tələbələr şəhid məzunun məzarı önünə gül dəstələri düzüb, xatirəsi anılıb.
Universitetdə təhsil aldığı illərdə ictimai fəallığı ilə seçilən Manaf Bəhmənli 44 günlük Vətən müharibəsində iştirak edib. Torpaqlarımızın işğaldan azad olunması üçün düşmənə qarşı döyüşlərdə fədakarlıq göstərən Manaf Bəhmənli sentyabrın 27-də şəhidlik zirvəsinə ucalıb. Şəhidin əziz xatirəsi ürəklərdə daim yaşayacaq.
Tehsil-press.az