BDU-da şəhid Erkin Hüseynovun xatirəsi anılıb

BDU-da şəhid Erkin Hüseynovun xatirəsi anılıb Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində şəhid Erkin Hüseynovun xatirəsinə həsr olunmuş “Şəhidlər ölmür” adlı tədbir keçirilib.
E.Hüseynov sentyabrın 12-də Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə fakültə dekanı Rövşən Cavadov çıxış edərək Erkin Hüseynovun 2016-2020-ci illərdə fəlsəfə ixtisası üzrə təhsil aldığını, tələbə vaxtı özünü mükəmməl şəxsiyyət kimi göstərdiyini, bütün müəllim heyəti və dostlarının dərin hörmətini qazandığını bildirib.
Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, Fəlsəfə kafedrasının müdiri dosent Kəmalə Pənahova, müəllimlər Ülviyyə Ağabəyova, şəhidin qrup yoldaşları Fərid Əmirov, Kamal Zeynili və digər çıxış edənlər də Erkin Hüseynov haqqında xoş xatirələrini bölüşüblər.

Tehsil-press.az


Oxşar xəbərlər