UFAZ-ın tələbələri magistraturada təhsil imkanları barədə məlumatlandırılıb

UFAZ-ın tələbələri magistraturada təhsil imkanları barədə məlumatlandırılıb Azərbaycan-Fransız Universitetində (UFAZ) “Alumni Talks” silsilə görüşləri çərçivəsində UFAZ məzunlarının iştirakı ilə ilk tədbir keçirilib.
UFAZ-ın Geofizika mühəndisliyi üzrə məzunları Cavidan Kərimli, Zöhrə Hacızadə, Rəşid Əhmədli və Ləman Əliyeva öz universitet və karyera təcrübələrini müxtəlif kurs üzrə təhsil alan tələbələrlə bölüşüb, sualları cavablandırıblar.
“Alumni Talks” silsilə görüşlərinin məqsədi UFAZ-ın tələbələrini təcrübə və karyera imkanları, həmçinin magistratura pilləsində təhsil imkanları və qəbul prosesi barədə məlumatlandırmaq, onları gələcək üçün hazırlamaqdır.

Tehsil-press.az



Oxşar xəbərlər