UFAZ bakalavr pilləsində dörd ixtisas üzrə təhsil təklif edir

UFAZ bakalavr pilləsində dörd ixtisas üzrə təhsil təklif edir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavr proqramlarına 2022-2023-cü tədris ili üçün tələbə qəbulu ilə əlaqədar qeydiyyat davam edir.
UFAZ bakalavr pilləsində kompüter elmləri, kimya mühəndisliyi, geofizika mühəndisliyi, neft və qaz mühəndisliyi ixtisasları üzrə təhsil təklif edir.
Yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş I ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan azı 500 bal toplamış abituriyentlər UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər