UFAZ-da yeni tədris ili başlayıb

UFAZ-da yeni tədris ili başlayıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) yeni tədris ili başlayıb.
Bu addım akademik təqvimin Fransa təhsil sisteminə uyğunlaşdırılması və təhsil müəssisəsində iş rejiminin tənzimlənməsi məqsədilə atılıb.
Hazırda UFAZ-da geofizika mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə 537 tələbə təhsil alır. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) alacaqlar.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər