Bu il UFAZ-ın bakalavr təhsil pilləsinə 140 nəfər qəbul olub

Bu il UFAZ-ın bakalavr təhsil pilləsinə 140 nəfər qəbul olub 2021-2022-ci tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavr təhsil pilləsinə 140 nəfər qəbul olub.
Bu il UFAZ-a qəbul olan tələbələrdən 40-ı kompüter elmləri, 40-ı kimya mühəndisliyi, 30-u neft və qaz mühəndisliyi, 30-u isə geologiya və geofizika mühəndisliyi ixtisası üzrə təhsil alacaq.
UFAZ məzunlarına ADNSU və Strasburq Universitetinin (neft və qaz mühəndisliyi ixtisası üzrə Renn 1 Universitetinin) diplomları verilir.

Tehsil-press.az


Oxşar xəbərlər