
Görüş zamanı kibergündəmdə baş verən hadisələr, kiberkaryera qurulması, kibermədəniyyətin formalaşdırılması mövzularında interaktiv müzakirələr aparılıb.
Rahid Ələkbərlinin “Birlikdə nə edə bilərik?” mövzusunda motivasiya məqsədli çıxışında kibertəhlükəsizlik və ümumilikdə informasiya kommunikasiya texnologiyaları sahəsində karyera imkanları, kiberdünyada nümunəvi davranış, müasir peşəkar fəaliyyət üçün tələb edilən bacarıqlar təqdim olunub. Görüşdə tələbələrə kibertəhlükəsizlik sahəsində karyera planlaması, qlobal rəqabət mühitində karyeranın inkişaf imkanları, peşəkar özünüinkişaf üzrə yol xəritəsinin qurulması istiqamətində tövsiyələr verilib.
Daha sonra iştirakçılar arasında interaktiv rəy sorğuları keçirilib, tələbələrin perspektiv karyera maraqları öyrənilib.
Həmçinin ölkədə əsas prioritet sahələrə, qlobal texnoloji çağırışlara, texnoloji trendlərə və sənayenin tələblərinə uyğun mövzular dialoq formatında müzakirə edilib.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az