Meksika dəniz məməlilərinin nümayişini qadağan edən qanun layihəsi hazırlayır

Meksika dəniz məməlilərinin nümayişini qadağan edən qanun layihəsi hazırlayır Meksika Deputatlar Palatasının plenar iclası dəniz məməlilərinin şoularda istifadəsini qadağan etmək üçün Ümumi Vəhşi Təbiət Qanununa dəyişiklik olunması haqqında fərman layihəsini təsdiqləyib.
AZƏRTAC Meksikanın “El Universal” qəzetinə istinadla xəbər verir ki, təsdiq olunmaq üçün Senata göndərilən qanun layihəsinə görə dəniz məməlilərinin “hər hansı bir fəaliyyətdə” istifadəsi qadağandır, eyni zamanda, qanun onların üzərində elmi tədqiqatların aparılması və təlimini istisna edir.
Layihədə vurğulanır ki, dəniz məməlilərinin sahibləri tərəfindən onların optimal şəraitdə saxlanılması, ölənə qədər ləyaqət və hörmətlə rəftar edilməsi təmin olunmalıdır. Qanun, eyni zamanda, məməlilərin repopulyasiya məqsədini daşımayan heyvanların yetişdirilməsini qadağan edir.

Tehsil-press.az


Oxşar xəbərlər