Sara Əzimova yeni vəzifəyə təyin edildi

Sara Əzimova yeni vəzifəyə təyin edildi “Şərq qapısı” qəzetinin sabiq baş redaktoru Sara Əzimovaya yeni vəzifə verilib.

Sara Əzimova Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumda mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Sara Əzimova bir neçə gün bundan əvvəl öz ərizəsi əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsindən azad edilib.

O, uzun illərdir media sahəsində peşəkar fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalistidir, Prezidentin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Tehsil-press.az

Oxşar xəbərlər