ADPU-da “Zəfərin Səsi” adlı tədbir keçirilib

ADPU-da “Zəfərin Səsi” adlı tədbir keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetdə (ADPU) Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfərin səsi” adlı tədbir keçirilib.
Tədbirdə universitet rəhbərliyi, fakültə dekanları, professor-müəllim heyəti və tələbələr, o cümlədən Vətən müharibəsi şəhidi Həsənağa Şirvaninin anası Şəfəq Rəfiyeva, qazi Məbud Əhmədov, şəhid Rüfət Əlifovun qardaşı Orxan Əlifov və şəhid Zaur Dadaşovun qardaşı Ziya Dadaşov iştirak ediblər.
Əvvəlcə qonaqlar foyedə riyaziyyat müəllimliyi ixtisasının III tədris ilinin tələbələri Sara Məmmədova və Aydan Ağalarzadənin rəsmlərindən ibarət vətənpərlik mövzusunda rəsm sərgisi ilə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov 8 Noyabr – Zəfər Gününün qızıl hərflərlə yazılmış ən önəmli tarixlərdən biri olduğunu diqqətə çatdırıb.
Rektor qeyd edib ki, məhz iki il bundan öncə Prezident İlham Əliyevin rəhbərliyi altında və xalqın dəstəyi ilə müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
İşğaldan azad olunmuş rayonlar haqqında videoçarx izlənildikdən sonra universitet tələbələri və ADPU-nun baza məktəbi olan M.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında bədii hissə təqdim olunub.
Bədii hissədə Riyaziyyat fakültəsinin tələbəsi Dilarə Abdullayeva Xudayar təsnifini ifa edib.
Tədbir qazi Məbud Əhmədovun ifası ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər