BDU-da professor Xalid Əlimirzəyevin 90 illik yubileyi qeyd olunub

BDU-da professor Xalid Əlimirzəyevin 90 illik yubileyi qeyd olunub Bakı Dövlət Universitetinin Filologiya fakültəsində filologiya elmləri doktoru professor Xalid Əlimirzəyevin 90 illik yubileyi qeyd olunub.
Yubiley tədbirində professorun qızı Rəfayət Əlimirzəyevanın X.Əlimirzəyevin ömür yolu, yaradıcılığından bəhs edən "Zirvəyə doğru" kitabı təqdim olunub.
Rəfayət Əlimirzəyeva kitabı professorun 90 illiyinə həsr etdiyini bildirib: "Xalid Əlimirzəyev respublikada görkəmli ədəbiyyatşünas alim, tənqidçi kimi tanınıb. "Zirvəyə doğru" kitabı atamın qarşısında mənəvi borcumdur. Kitabda ötən əsrin 70-ci illərində dövrü mətbuatda X.Əlimirzəyev haqqında çap olunmuş publisistik yazılar, dövrü məqalələr, lisenziyalar toplanılıb. O, böyük ailənin ağsaqqalı idi. Kitabda ailə üzvlərinin 90 illik yubileyi münasibətilə professor haqqında ürək sözləri yer alıb. İnanıram ki, X.Əlimirzəyevin geniş və çoxcəhətli fəaliyyəti hələ uzun illər elmi ictimaiyyətin, ədəbi tənqidin diqqətində olacaq, haqqında yeni-yeni tədqiqat əsərləri yazılacaq".
Tədbirdə çıxış edənlər görkəmli ədəbiyyatşünas alimin pedaqoji və ictimai fəaliyyətindən söz açıb, tənqidçi sözünü, əsl ziyalı müdrikliyini önə çəkib, onun səmimiyyət və qayğıkeşliyini vurğulayıblar.

Tehsil-press.az



Oxşar xəbərlər