Yanvarın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim Əliyar Səfərlinin 80 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib.
Plenar iclasda AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli alimin zəngin bədii klassik irsimizin tədqiqində xidmətlərindən, elmi-pedaqoji fəaliyyətindən danışıb. Qeyd edilib ki, yubiley münasibətilə Azərbaycan ədəbiyyatının tanınmış tədqiqatçısı Ə.Səfərlinin “Seçilmiş əsərlər”i, əsərlərinin “Biblioqrafik göstəricisi” nəşr olunub.
Sonra filologiya elmləri doktoru Fəfidə Əzizovanın “Mənəvi sərvətlərimizin sorağında...” mövzusunda məruzəsi dinlənilib.
Konfransda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Milli Məclisin deputatı Adil Əliyev, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, akademik Vasim Məmmədəliyev, professorlar Məmməd Əliyev və Xəlil Yusifli, dosent Zəkulla Bayramlı və filologiya üzrə fəlsəfə doktoru Günal Səfərli görkəmli ədəbiyyatşünas alimin həyat və yaradıcılığından bəhs edib, onun mətnşünaslıq, tərcüməçilik, diplomatik sahələrdəki fəaliyyətindən söz açıblar. Bildirilib ki, mərhum alim əlli ildən artıq müddətdə klassik Azərbaycan ədəbiyyatı nümunələrinin aşkara çıxarılması, araşdırılması və nəşrə hazırlanması istiqamətində yorulmadan çalışıb, səmərəli fəaliyyət göstərib. Məhz onun axtarışları və araşdırmaları nəticəsində Məsihinin “Vərqa və Gülşa” poeması və doğma ana dilimizdə yazdığı “Divan”ı, ilkin yazılı abidələrimizdən sayılan “Dastani-Əhməd Hərami” məsnəvisi, XIV yüzilliyin qüdrətli hökmdar-şairi kimi tanınan Qazi Bürhanəddinin türk “Divan”ı Azərbaycanda ilk dəfə geniş araşdırılaraq nəşr olunub. Diqqətə çatdırılıb ki, Ə.Səfərlinin istər 1966-cı ildə müdafiə etdiyi namizədlik işi, istərsə də 1983-cü ildə ərsəyə gətirdiyi doktorluq dissertasiyası bilavasitə orta əsrlər Azərbaycan ədəbiyyatı ilə bağlıdır və mühüm elmi yeniliyi ilə seçilən hər iki araşdırma mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.
Kəmalə Rəhimli