
O, müvafiq qısa videonu çərşənbə günü “Truth Social” sosial şəbəkəsində yerləşdirib.
“Amerikanın super qəhrəmana ehtiyacı var. Sabah vacib bir açıqlama verəcəyəm. Təşəkkür edirəm!”, - deyə Tramp deyib.
Bu sözlərdən sonra videoda Trampın köynəyini sinəsində cırdığı şəkil peyda olur, onun altında “T” hərfi olan qırmızı dar kostyum görünür (Supermenin kostyumundakı S hərfinə bənzəyir). Trampın gözlərindən od şüaları çıxır.
Tehsil-press.az