Trampın ailəsi haqqında - Bildiklərimiz və bilmədiklərimiz

Trampın ailəsi haqqında - Bildiklərimiz və bilmədiklərimiz Donald Trampın ailə üzvləri artıq ictimaiyyətin marağına səbəb olub. Tanınmış "Euronews" telekanalı yeni seçilmiş prezidentin ailə üzvləri haqda məlumat yayıb.

Tehsil-press.az xəbər verir ki, D.Tramp ilk ailə həyatını 1977-ci ildə qurub, onun birinci həyat yodaşı keçmiş çexislovakiyalı, keçmiş Olimpiya iştirakçısı, hazırda sahibkarlıqla məşğul olan İvana Zelniçkova olub. Bu izdivacdan ABŞ prezidentinin üç övladı dünyaya gəlib: oğlu kiçik Donald və Erik, qızı İvanka. Tramp birinci xanımı ilə 15 il birlikdə yaşayıb, cütlük 1992-ci ildə bu evliliyə son qoyub.
Bir il sonra, Ağ Evin yeni rəhbəri televiziya ulduzu və aktrisa Marla Meyplsla nikaha girib. Bu izdivacdan 1993-cü ildə ildə məşhur cütlüyün Tiffani adında qızları dünyaya gəlib, bu evlilik isə 1999-cu ildə bitib.
Üçüncü dəfə, 2005-ci ildə D.Tramp sloveniyalı model Melaniya Knausla evlənib, bu evlilikdən Trampın kiçik oğlu Barron Tramp dünyaya gəlib, hazırda onun 10 yaşı var.
44 yaşlı birinci xanım Melaniya Tramp isə şəxsi biznesini yönəldir, onun zərgərlik və kosmetika istehsalı ilə məşğul olan şirkətləri var. Keçmiş model Trampla evliliyini xoşbəxt və uğurlu adlandıraraq, ailələrində qarşılıqlı hörmətin əsas olduğunu bildirib. D.Tramp isə əvvəlki müsahibələrində özünü qayğıkeş ata və ailə başçısı kimi qiymətləndirib, o ailəsini həyatının ən vacib hissəsi hesab etdiyini deyib.

Tehsil-press.az

Oxşar xəbərlər