Tramp “Supermən” kostyumunda

Tramp “Supermən” kostyumunda ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Tramp Cunyor atasının “Supermən” paltarı geyindirilmiş şəklini paylaşıb.
Onun öz İnstaqram hesabından paylaşdığı fotoda atası saqqallı və döş hissəsində T hərfi olan “Supermən” kostyumunda və guya “Time” jurnalının üz qabığında çıxmış kimi göstərilib.
Şəklin üzərində belə yazılıb: “Prezident Tramp Amerikanı yenidən böyüdür”.
Bir çox İnstaqram istifadəçisi fotoşəkillə bağlı şərhlər yazaraq ABŞ prezidentinə saqqalın yaraşdığını və belə bir saqqalı “böyütməyə” dəydiyini qeyd ediblər.
Bəzi istifadəçilər isə şəklin “Supermən” və fanatlarına təhqir olduğunu bildirib.
Xatırladaq ki, D.Tramp keçən il keçirilən prezident seçkiləri kampaniyası zamanı Nyu-Yorkdakı reklam lövhələrindən birində sinəsində S əvəzinə T hərfi olan “Supermen” geyimində təsvir edilmişdi.

Tramp “Supermən” kostyumunda

Tehsil-press.az



Oxşar xəbərlər