
İştirakçı üzv dövlətlərdən 29-u İranın bu komissiyadan çıxarılmasına səs verib, 16-sı isə bitərəf qalıb. Boliviya, Çili, Qazaxıstan, Nikaraqua, Nigeriya, Oman, Rusiya və Zimbabve qətnamənin əleyhinə səs verib.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan qərarla bağlı açıqlamasında aşağıdakı ifadələrdən istifadə edib:
“Bu gün tarixi səsvermədə Birləşmiş Millətlər Təşkilatı İran rejiminin qadınlara və qızlara qarşı sistematik təzyiqinə cavab olaraq İranı Qadının Statusu Komissiyasından çıxarmaq üçün hərəkətə keçdi. Bu səsvermə beynəlxalq konsensusun və hesabatlılıq tələblərinin daha da artması deməkdir”. O, İranı öz xalqına, xüsusən də dinc etirazçılara, qadınlara və qızlara qarşı zorakılıq hadisələri zamanı sui-istifadələridə günahlandırıb.
Tehsil-press.az