Mühazirədə entropiya nizamsızlıq və mürəkkəbliyi kəmiyyətcə ifadə edən fundamental anlayış kimi təqdim edilib və qonşuluq matrisinin spektral radiusu ilə sıx əlaqəsi müzakirə olunub. Digər əsas məqam isə Randić indeksinin tətbiqi olub. Bu indeks ilk dəfə kimya sahəsində istifadə olunub və qraf entropiyasına aşağı sərhəd verir.
Seminarın sonunda kompüter elmlərində iyerarxik strukturların əsas nümunəsi kimi dərəcələrin azalan qaydada genişlik üzrə axtarış sıralaması təqdim olunub. Bu, sözügedən anlayışların maksimallaşdırılmasını xarakterizə edir.
Qeyd edək ki, ADNSU Riyaziyyat Tədqiqat Mərkəzi fəaliyyətə yeni başlayıb. Mərkəzin proqramı çərçivəsində tanınmış riyaziyyatçılar universitetə mütəmadi olaraq dəvət olunacaq və seminarlarla yanaşı təlimlər də təşkil ediləcək.
Tehsil-press.az