Layihə Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşəbbüsü ilə həyata keçirilir.
Layihədə uğur qazanan və 14 universiteti təmsil edən 204 iştirakçıdan 28-i BDU-nun tələbəsidir (26 bakalavr, 2 magistr).
“Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi 2022-ci ildən etibarən icra olunur.
İndiyədək müqavilə şərtlərinə cavab verən 511 nəfərin bu imtahan üzrə ödənişləri Fond tərəfindən geri qaytarılıb. Onlardan 319 nəfəri BDU-nun tələbəsi və elmi-pedaqoji heyət üzvü olub.
Qeyd edək ki, “IELTS imtahanına təşviq” layihəsinin məqsədi məhz ali təhsil ocaqlarının müəllim və tələbələrinin ingilis dilini mənimsəməsi üçün əlverişli şəraitin yaradılmasıdır.
Tehsil-press.az