Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün daxili müsahibə elan edilib

Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün daxili müsahibə elan edilib Doqquz dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elan edilib.
Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla elana çıxarılan vəzifələrin 15-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 9-u B növünə (inzibati icraçı) aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, rəhbər müavini-rəis müavini vəzifəsidir.
Ümumilikdə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində 6, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 4, Dövlət Statistika Komitəsində 4, Dövlət Turizm Agentliyində 3, Ali Attestasiya Komissiyasında 2, İqtisadiyyat Nazirliyində 2, Energetika Nazirliyində 1, Bakı Apellyasiya Məhkəməsində 1, Bakı Kommersiya Məhkəməsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:
Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər yanvarın 23-ü saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Tehsil-press.az



Oxşar xəbərlər