Sorğu: Amerikalıların 65%-i Baydenin prezident vəzifəsindəki işindən narazıdır

Sorğu: Amerikalıların 65%-i Baydenin prezident vəzifəsindəki işindən narazıdır Amerikalıların 65 faizi ABŞ Prezidenti Co Baydenin öz vəzifəsini yerinə yetirməsindən razı deyil.
Bu barədə "Reuters" agentliyi və araşdırma şirkəti "Ipsos" tərəfindən aparılan sorğunun nəticələrində deyilir.
Sorğuya əsasən, ABŞ vətəndaşlarının 41 faizi hazırkı dövlət başçısının işinin keyfiyyətini təqdir edir.
Respondentlərin əksəriyyətinin fikrincə, onun rəhbərliyi altında ölkə yanlış istiqamətdə irəliləyir.
Agentliyin qeyd etdiyi kimi, 2022-ci ilin may və iyun aylarında C.Baydenin populyarlığı 36%-ə qədər azalıb və ötən ilin böyük hissəsində 40%-ə yaxın qalıb.
Sorğuda ABŞ-ın 1 029 sakini iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər