Yunanıstanda iki qatar toqquşub,16 nəfər həlak olub

Yunanıstanda iki qatar toqquşub,16 nəfər həlak olub Çərşənbə günü səhər tezdən Yunanıstanın şimalında sərnişin və yük qatarlarının toqquşması zamanı 16 nəfər həlak olub.
Hadisə nəticəsində qatarın bir neçə vaqonu relsdən çıxıb, bəziləri alovlanıb.
Yanğınsöndürmə idarəsinin sözçüsü bildirib ki, qəza nəticəsində azı 16 nəfər həlak olub, 25-i ağır olmaqla, ən azı 85 nəfər yaralanıb.
Məlumata görə, qatarında 350 nəfər sərnişin olub. Qəza Afinanın 230 km şimal-qərbində, Evangelismos şəhəri yaxınlığında baş verib.

Tehsil-press.az

Oxşar xəbərlər