Pakistanda iki qatar toqquşub: 4 ölü, 100 yaralı

Pakistanda iki qatar toqquşub: 4 ölü, 100 yaralı Pakistanın Multan şəhərində iki qatar toqquşub.

Tehsil-press.az-n RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 4 nəfər həlak olub, 100 nəfər xəsarət alıb.
Hadisəyə səbəb Peşavara şəhərindən hərəkət qatar müəyyən edilmiş vaxtdan əvvəl Karaçi istiqamətində hərəkət etməyə başlamasıdır. Nəticədə qatarın dörd vaqonu relsdən çıxıb. Bütün xəsarət alanlar Multan şəhərinin xəstəxanasına yerləşdiriliblər. Qəzanın digər təfərrüatları dəqiqləşdirilir.


Tehsil-press.az

Oxşar xəbərlər