
İtaliyanın Apuliya bölgəsində iki sərnişin qatarının toqquşması nəticəsində ən azı 20 nəfər həlak olub. Tehsil-press.az-ın verdiyi məlumata görə, qəza nəticəsində ölənlərin sayı arta bilər. Onlarla yaralı müxtəlif xəstəxanalara çatdırılıb.
Hadisə ucqar kənd ərazisində baş verdiyindən xəsarət alanların təxliyyəsi çətinləşir. Xilasetmə əməliyyatına təcili yardım maşını, yanğınsöndürmə briqadası, helikopterlər cəlb edilib.
Tehsil-press.az