“Sədərək”dəki insidentlə bağlı DİN-dən AÇIQLAMA

“Sədərək”dəki insidentlə bağlı DİN-dən AÇIQLAMA Dünən sosial şəbəkələrdə Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşları ilə "Sədərək" Ticarət Mərkəzinin mühafizə xidmətinin əməkdaşları arasında baş verən insidentlə bağlı video yayılıb.

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Sfera.az-a bildirib ki, "Sədərək" Ticarət Mərkəzində tərəflər arasında yaranan insidentlə bağlı polisə müraciətlər daxil olub.

Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər