Türkiyəli alimlər UNEC müəllimlərinə təlim keçəcəklər

Türkiyəli alimlər UNEC müəllimlərinə təlim keçəcəklər Aprelin 3-8-də Türkiyənin aparıcı universitetlərinin professor-müəllim heyəti tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təlimlərə start veriləcək.
Hacettepe, İstanbul, Ankara, Yıldız Texniki, Qazi, Artvin Çoruh, Ostim Texnik universitetlərindən olan professorlar yaz semestrində tədris olunacaq 10 yeni fənn üzrə UNEC müəllimlərinə təlim keçəcəklər. Təlimlərlə yanaşı, həmin fənlərin mühazirə dərsləri də türkiyəli alimlər tərəfindən tədris olunacaq.
Təlimlər “Mühəndislik materiallarının mexaniki xassələri”, “Zaman sıralarının təhlili”, “Güc elektronika və elektrik intiqalı”, “Polimer mühəndisliyi”, “Materialların təkrar emalı”, “Sosial işin qiymətləndirilməsi”, “Ekoloji biotexnologiya”, “Sosial işdə tədqiqat metodları”, “Müəssisə üçün mobil əlavələrin işlənilməsi”, “Müştəri əlaqələrinin idarə edilməsi” üzrə aparılacaq.

Tehsil-press.az



Oxşar xəbərlər