UNEC-də onlayn təlimlərə start verilir

UNEC-də onlayn təlimlərə start verilir Noyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Pedaqoji fəaliyyətdə müasir tədris üsulları” mövzusunda onlayn təlimlərə start verilir.
Tədbir gənc müəllimlərin tədris bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunacaq. Təlimlərdə UNEC-in, eləcə də Zaqatala filialının, universitetin nəzdindəki kolleclərin və digər ali təhsil müəssisələrinin müəllimləri iştirak edə bilərlər. Təlimlər ödənişsizdir.
Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin Keyfiyyətə nəzarət şöbəsinin təşkilatçılığı ilə keçiriləcək 5 günlük təlimlər “Zoom” platforması üzərindən aparılacaq.
Təlimlər Azərbaycanın aparıcı mütəxəssisləri, ABŞ və Türkiyə universitetlərinin professorları tərəfindən keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər