UNEC-də sosial iş ixtisası üzrə təlimlər xarici alimlər tərəfindən aparılır

UNEC-də sosial iş ixtisası üzrə təlimlər xarici alimlər tərəfindən aparılır Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris olunan ixtisaslar üzrə Türkiyənin, Almaniyanın və İsveçrənin aparıcı universitetlərinin alimləri tərəfindən həmin fənlərin tədrisində istifadə olunan, müasir tələblərə cavab verən sillabuslar, dərsliklər, təqdimatlar əsasında təlimlər keçirilir.
Təlimlər Türkiyənin İstinye Universitetindən İlhan Tomanbay, Emel Yurtsever, Gülcan Urhan, İstanbul Universitetindən Taner Artan tərəfindən sosial iş ixtisasına giriş, sosial işin nəzəriyyəsi və təcrübəsi, sosial iş təcrübəsində etik prinsiplər, sosial işdə idarəetmə fənləri üzrə xüsusi hazırlanan proqram üzrə aparılır.
Təlimlərdə qonaq qismində dəvət olunan almaniyalı professor Feyzullah Gokdemir digər təlimçilərlə birlikdə sosial iş ixtisasının özəllikləri, karyera imkanları barədə beynəlxalq təcrübəni paylaşıb, UNEC-in professor-müəllim heyəti ilə birlikdə müzakirələr aparıb.
Xatırladaq ki, UNEC-ə sosial iş ixtisası üzrə bakalavr qəbulu 2020/2021-ci tədris ilindən aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər