İlahiyyat İnstitutu növbəti dərsliyini nəşr etdirib

İlahiyyat İnstitutu növbəti dərsliyini nəşr etdirib Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) İslamşünaslıq kafedrasının müdiri dosent Əhməd Niyazovun “Elmihal” adlı dərsliyi nəşr olunub.
Altı fəsildən ibarət olan dərslik İslam dininin ibadət əsaslarının təharət, dəstəmaz, namaz, oruc, zəkat, xüms, həcc və qurban mövzularını, namazda oxunan dua və qısa surələri əhatə edir.
Nəşrdə dinin hökmləri Azərbaycanda tarixən mövcud olan ənənəvi dini məktəblər əsasında verilib. Ədəbiyyat nümunəsində dini məsələlərin dəlilləri və istinadları öz əksini müqayisəli formada tapıb. Kitab ilahiyyat təhsili alan tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər