
Konfrans Azərbaycanda din təhsilinə dövlət qayğısı, ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda din təhsili, Prezident İlham Əliyevin din təhsilinə qayğısı, Heydər Əliyev Fondunun dini-tarixi abidələrin bərpasında rolu mövzularını əhatə edəcək. Bununla yanaşı, qeyri-İslam yönümlü dini təhsil müəssisələrinin fəaliyyəti, tarixən Azərbaycanda fəaliyyət göstərmiş dini mədrəsələr, xanəgahlar, Azərbaycan Xalq Cümhuriyyəti dövründə din təhsili mövzularında məruzələri əhatə edəcək.
Konfransda iştirak etmək istəyənlər məqalələrini oktyabrın 5-dək [email protected] elektron ünvanına göndərə bilərlər. Konfransın materialları kitab şəklində çap olunacaq.
Aİİ-nin Mətbuat Xidməti