ADU-da tədbir: Şuşa Türk dünyasının mədəniyyət beşiyidir

ADU-da tədbir: Şuşa Türk dünyasının mədəniyyət beşiyidir Azərbaycan Dillər Universitetində (ADU) Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müəllimi Mənsurə İsmayılovanın təşəbbüsü, Filologiya fakültəsinin tələbələrinin təşkilatçılığı ilə “Şuşa Türk dünyasının mədəniyyət beşiyidir” adlı tədbir keçirilib.
Tədbirdə Filologiya fakültəsinin tələbələri - Fatimə Əliyeva və Röya Hüseynzadə “Şuşanın tarixi şəxsiyyətləri”, Roza Məmmədova və Zeynəb Bəbirova “Şuşanın tarixi abidələri”, Nəzrin Quliyeva və Mehriban Səfiyeva “Şuşa mətbəxi”, Fidan Cavadova və Aysu Baxışlı “Xaribülbül”, Məlahət Abdullayeva və Nərmin Həmidova “Şuşa haqqinda ümumi məlumat”, Sara Babaşzadə və İlahə Qafarova “Şuşa türk dünyasinin mədəniyyət beşiyi kimi” mövzularında slayd vasitəsilə çıxış edib, mahnı və şeirlər səsləndiriblər.
Kafedranın müdiri professor Ülfət İbrahim çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etdiyini, bu möhtəşəm Qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad olunduğunu vurğulayıb.
Tədbirdə təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhərinin yaranma tarixindən, eləcə də Şuşanın ədəbiyyatımıza, incəsənətimizə, tariximizə, siyasətimizə bəxş etdiyi simalardan bəhs olunub.
Kafedranın müəllimi Mənsurə İsmayılova isə Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşmasından danışıb.
Tədbir Şuşa şəhərinin tarixini əks etdirən videoçarxın nümayişi ilə yekunlaşıb.

Tehsil-press.az



Oxşar xəbərlər