Emin Əmrullayev Gürcüstanın Baş naziri ilə görüşüb

Emin Əmrullayev Gürcüstanın Baş naziri ilə görüşüb Gürcüstanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Görüşdə Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari, ADA Universitetinin rektoru Hafiz Paşayev və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev iştirak ediblər.
Görüş zamanı Azərbaycanda gürcü dilində, Gürcüstanda isə Azərbaycan dilində tədris aparılan məktəblərin fəaliyyəti yüksək qiymətləndirilib, ümumi, ali təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri vurğulanıb.



Tehsil-press.az

Oxşar xəbərlər